Dalga Televiziyasi Gürcüstanda azərbaycanlı qadın qonşusunu bıçaqlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4377
DünənDünən5773
Bu həftəBu həftə41093
Bu ayBu ay46881
Bu günə qədərBu günə qədər8408512

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlı qadın qonşusunu bıçaqlayıb

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda bıçaqlanma hadisəsi olub.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, hadisə rayonun Təkəli kəndində baş verib.

Kənd sakini, 24 yaşlı Türkan Asim qızı Məmmədova qonşusu, 26 yaşlı Məmmədhüseyn Məmmədovu bıçaqlayıb.

Təkəli kəndinin daxil olduğu Qaçağan kənd icra nümayəndəliyinin mütəxəssisi Xosrov Namazov bildirib ki, hadisə ailə zəminində baş verib. Bir övladı olan Türkan Məmmədova Məmmədhüseyn Məmmədovun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Səbəb 26 yaşlı Məmmədhüseyn Məmmədovun qadına qarşı qeyri-etik hərəkətlər etməsi olub. Hazırda o, Marneuli xəstəxanasında əməliyyat olunub. Onun dalağının bir hissəsi kəsilərək götürülüb, vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, T.Məmmədova Marneuli Rayon Polis İdarəsinə aparılıb. 

Saytda Axtarış

Son xəbərlər