Dalga Televiziyasi Bakıda dəhşət: 2 övladının başını kəsdi, ananı isə ağır yaraladı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4389
DünənDünən5773
Bu həftəBu həftə41105
Bu ayBu ay46893
Bu günə qədərBu günə qədər8408524

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda dəhşət: 2 övladının başını kəsdi, ananı isə ağır yaraladı

Bakıda dəhşətli qətl törədilib.

Dalga tv xəbər verir ki, Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Montin qəsəbəsində qeydə alınıb.

Yaşayış evinə daxil olan naməlum şəxs, qəsəbə sakini Lətifə Qasımovaya bıçaqla ağır xəsarət yetirib, onun övladları – 2001-ci il təvəllüdlü Saqil Səxavət oğlu Qasımzadə və 1991-ci il təvəllüdlü Fərizə Səxavət qızı Qasımzadəni boğaz nahiyəsini kəsməklə qətlə yetirib. Həmin şəxs daha sonra evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Baş vermiş hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29, 120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Nərimanov rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A. Cəfərov tutularkən L. Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Qeyd edək ki, zərərçəkən L. Qasımova hadisəni törədən A. Cəfərovun həyat yoldaşının xalasıdır. İlkin məlumata görə o, həmin mənzilə qarət məqsədi ilə daxil olubmuş.

Saytda Axtarış

Son xəbərlər