Dalga Televiziyasi Tiflisdə Azərbaycanın 13 yaşlı rəssamının sərgisi açılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4397
DünənDünən5773
Bu həftəBu həftə41113
Bu ayBu ay46901
Bu günə qədərBu günə qədər8408531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə Azərbaycanın 13 yaşlı rəssamının sərgisi açılıb

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin dəstəyi ilə gənc Azərbaycan rəssamı Elnur Camalovun rəsm əsərlərinin sərgisi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva rəssam və onun yaradıcılığı haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib.

O, son illər Mədəniyyət Muzeyində Gürcüstanda yaşayan və Azərbaycandan gələn istedadlı rəssamların sərgilərinin keçirildiyini bildirib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağəli İbrahimov isə gənc rəssamın fəaliyyətini bəyəndiyini bildirib: “Son illər Azərbaycanda gənclərin rəsm yaradıcılığı inkişaf edir. Onlar müxtəlif beynəlxalq sərgilərdə iştirak edirlər. Bu gün Tiflisdə sərgisi keçirilən 13 yaşlı Elnur Camalovun M. F. Axundov adına Mədəniyyət Muzeyində sərgisinin təşkil edilməsi tarixi hadisədir. Gənc rəssamın dəfələrlə xaricdə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərləri sərgilənib. Onun əsərlərində multikulturalizm və tolerantlıq işartıları var. Gənc rəssam Elnur Camalovun rəssamlıq sənətində parlaq gələcəyi olacaq. Ona daha böyük uğur arzulayıram”.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Vüqar Mustafayev, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Georgi Qeqeçkori, Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin sədri Quram Tsertsvadze və başqaları çıxış ediblər.

Q. Tsertsvadze 13 yaşlı rəssamı rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

Gənc rəssam Elnur Camalov APA-ya açıqlamasında 4 yaşından rəssamlıqla məşğul olduğunu  bildirib: “Xırdalandakı Zirvə liseyində təhsil alıram. 50-yə yaxın rəsm əsərlərim var. Azərbaycan Rəssamlar İttifaqının xətti ilə Fransada və İspaniyada sərgilərim keçirilib və III yerə layiq görülərək müxtəlif mükafat və diplomlar almışam. Hazırda Xalq rəssamı Ağəli İbrahimovun məsləhəti ilə rəsm əsərləri çəkirəm”.

Tədbirdə rəssamın 25 rəsm əsəri sərgilənib.

Sərgi üç gün davam edəcək.

Saytda Axtarış

Son xəbərlər