Dalga Televiziyasi Gürcüstan feministləri nə istəyir?
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4531
DünənDünən5773
Bu həftəBu həftə41247
Bu ayBu ay47035
Bu günə qədərBu günə qədər8408666

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan feministləri nə istəyir?

Kutaisidə Gürcüstan tarixində ilk feminist festivalı keçirilir. Festival əlamətdar tarixə həsr olunub. Düz 100 il öncə Gürcüstanda ilk qadın qəzeti işıq üzü görüb. Qəzet Qafqaz patriarxal cəmiyyəti ilə mübarizəni təbliğ edirdi. Bəs festival iştirakçıları nəyi tələb edirlər və ümumiyyətlə, Gürcüstan qadınları durumlarından razıdırlarmı?

Kutaisi Gürcüstanın parlament paytaxtıdır. Ancaq bu gün şəhərin həm də ölkənin feminist paytaxtı olmaq şansı var. 1917-ci ildə məhz bu şəhərdə «Gürcü qadınının səsi» qəzeti işıq üzü görməyə başlayıb. Bu qəzet ölkədə feminizmin ilk ruporu olub. Bugünsə Kutaisidə ilk feminist festivalı keçirilir. Festival iştirakçıları iddia edirlər ki, ötən bir əsrdə Gürcüstanda gender bərabərliyi uğrunda mübarizə aktuallığını itirməyib.

QƏZETİ DƏ BƏRPA EDİBLƏR

«Festivalın proqramı çox rəngarəngdir. Tədbirdə gender araşdırmaları üzrə mütəxəssislər, incəsənət xadimləri, hüquq müdafiəçiləri və sadəcə, fəallar iştirak edirlər. Bundan başqa, biz festival çərçivəsində feminist Kato Mikeladze-nin 1917-18-ci illərdə nəşr etdiyi «Gürcü qadınının səsi» qəzetini bərpa etmişik. İndi bu qəzet elektron versiyada çıxacaq», – festivalın təşkilatçılarından Tamta Melashvili deyir.

Üçgünlük tədbirə onlarla adam qatılır. Onların demək olar ki, hamısı qadınlardır. Gürcüstanda feminist hərəkatını, hələlik, irimiqyaslı, yaxud kütləvi adlandırmaq çətindir. Ancaq festival iştirakçıları bu durumu dəyişməyə ümid edirlər.

«Çox zaman Gürcüstanda gender bərabərliyi deyəndə, nədənsə, mədəniyyətimizə yad, Qərbin sırıdığı «məhsul» başa düşülür. Əslində isə, bu, belə deyil. Gürcüstanda feminizmin böyük tarixi var. Qadınlarımız daim öz hüquqları uğrunda mübarizə aparıblar və çox zaman dövlətin həyatında böyük rol oynayıblar. Bizə güc və stimul verən çoxlu nümunələr var», – festival iştirakçısı Maia Tabidze deyir.

Bəzi hüquq müdafiəçiləri əmindirlər ki, bu gün Gürcüstanda gender bərabərliyi mövcud deyil. Bundan başqa, bir çox qadınların özləri patriarxal, bəzən hətta arxaik gürcü cəmiyyətinin onlara sırıdığı ikinci dərəcəli rolu oynamağa hazırdırlar.

«100 İL ÖNCƏ DURDUĞUMUZ YERDƏYİK»

«Bu problem bu və ya digər dərəcədə bütün ölkələrə xasdır. Sadəcə olaraq, bəzi ölkələrdə qadınlar öz hüquqları uğrunda mübarizəyə tez başlayıblar, bəzilərində isə gec. Bizsə əvvəlcə SSRİ-də düz 70 il vaxt itirmişik. Sonra isə mürəkkəb postsovet dövrü gəlib. Bütün bunlara milli mentalitet və ənənələrə əlavə edin. Bu gün 100 il öncə durduğumuz pillədə dayanırıq», – hüquq müdafiəçisi Baia Pataraia deyir.

Feministlər hesab edirlər ki, Gürcüstanda gender bərabərliyi məsələsində irəli getməyə çox zaman dövlət siyasəti mane olur.

Bir tərəfdən, Gürcüstanda gender bərabərliyi qanunu qüvvədədir, qadınların siyasət və biznesə yolu isə açıqdır. Ancaq bununla yanaşı, qadınlar cəmiyyətin ən müdafiəsiz hissəsi olaraq qalırlar. Təkcə ötən il ailə münaqişələri zəminində 10 qadın öldürülüb. Regionlarda əvvəlki kimi məcburi evlilik halları qalır. Feministlərin fikrincə, ailədə və iş yerlərində çox vaxt qadınlara ikinci dərəcəli rol ayrılır.

Ancaq hüquq müdafiəçilərinin sözlərinə görə, bir çox hallarda dövlət bütün bu dəhşətli hallara göz yummağa üstünlük verir

Saytda Axtarış

Son xəbərlər