Dalga Televiziyasi ABŞ səfiri Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgənin ölkəsi üçün əhəmiyyətindən danışıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1864
DünənDünən5773
Bu həftəBu həftə38580
Bu ayBu ay44368
Bu günə qədərBu günə qədər8405999

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ səfiri Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgənin ölkəsi üçün əhəmiyyətindən danışıb

“ABŞ Gürcüstanın Kvemo Kartli bölgəsinin əhəmiyyətini yüksək qiymətləndirir”. 

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Marneuli rayonun İcra Hakimiyyətinin başçısı Merab Topçişvili ilə görüşdən sonra deyib. 
 

“Cənubi Qafqazın üç əsas etnik qrupunun nümayəndələrinin yaşadığı bölgənin uğurlu inkişafı ABŞ üçün çox vacibdir. Kvemo Kartli bölgəsində USAID təşkilatı tərəfindən müxtəlif investisiya layihələri həyata keçirilir. Biz həmçinin yerli mediaya müəyyən qrantlar ayırırıq”, - deyə amerikalı diplomat bildirib. 
 

M. Topçişvili isə deyib ki, ABŞ səfiri ilə görüşdə rayonun Gürcüstanın inkişafındakı rolundan, bölgədə gedən sosial-iqtisadi proseslərdən danışılıb: “Əsas müzakirə mövzularından biri də Marneuli rayonunun turizm potensialı olub. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı Marneuli rayonu turistlər üçün maraqlı ola bilər. Turistlər Marneuliyə və rayonun kəndlərinə səfər edib azərbaycanlı, erməni və gürcü ailələrinin mədəniyyətləri ilə yaxından tanış ola bilərlər”, - deyə o vurğulayıb.  

Saytda Axtarış

ახალი ამბები