Dalga Televiziyasi Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün581
DünənDünən5773
Bu həftəBu həftə37297
Bu ayBu ay43085
Bu günə qədərBu günə qədər8404716

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində şagirdlərin təhqir olunduğu bildirilən 67 saylı məktəbin direktoru Mariam Tavartkiladze işdən azad olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyinin qərarında bildirilir. 

Qərarda qeyd olunub ki, nazirliyin Audit idarəsinin məktəbdə apardığı araşdırma zamanı təhsil ocağının idarə olunmasında bir sıra pozuntular aşkarlanıb: “Məktəb rəhbərliyi şagirdlərlə uyğun olmayan ünsiyyətə yol verib. Bununla yanaşı məktəbin əmlakı inventarizasiyanın nəticələri ilə üst-üstə düşməyib və əmlakın idarə olunması prosesində pozuntular müəyyən olunub”.  

Qeyd edək ki, 67 saylı məktəbdə azərbaycanlı qız şagirdinin kimya müəllimi Dodo Kezua tərəfindən təhqir olunduğu bildirilib. D. Kezua artıq işdən çıxarılıb. Gürcüstan DİN məktəbdə şagirdlərə qarşı mümkün zorakılıq faktı ilə bağlı istintaq aparır. 

 

Saytda Axtarış

Son xəbərlər