Dalga Televiziyasi Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum etdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün735
DünənDünən5773
Bu həftəBu həftə37451
Bu ayBu ay43239
Bu günə qədərBu günə qədər8404870

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum etdi

Dekabrın 20-də Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib.

Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.

Hadisə barədə polisə məlumat verilib. Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, məlum bıçaqlanma hadisəsi paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Saytda Axtarış

Son xəbərlər