Dalga Televiziyasi Gürcüstan DTX: Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları törətmək istəyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1041
DünənDünən5773
Bu həftəBu həftə37757
Bu ayBu ay43545
Bu günə qədərBu günə qədər8405176

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan DTX: Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları törətmək istəyib

“Əhməd Çatayev və tərəfdarlarının məqsədi Gürcüstan və Türkiyədə terror aktları və hücumlar təşkil etmək olub”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu gün Pankisi dərəsi və Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı 5 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar noyabrın 22-də Tbilisidə zərərsizləşdirilmiş terrorçu qruplaşma ilə əlaqəli olub. Saxlanılan şəxslərdən bri müqavimət göstərdiyi zaman yaralanıb və xəstəxanaya yerləşdirilib.
 

ABŞ-dan olan mütəxəssislərlə aparılmış birgə əməliyyat zamanı külli miqdarda silah-sursatın olduğu gizli yer aşkar olunub. İstintaq tədbirləri nəticəsində Ə. Çatayevə məxsus kompüterdə olan audioyazılar əldə olunub. Onlara əsasən məlum olub ki, Ə. Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları və diplomatik missiyalara hücumlar planlaşdırıb.

Saytda Axtarış

ახალი ამბები