Dalga Televiziyasi İranda 8 yaşlı uşaq edam səhnəsini nümayiş etdirərkən özünü öldürüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5000
DünənDünən5773
Bu həftəBu həftə41716
Bu ayBu ay47504
Bu günə qədərBu günə qədər8409135

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İranda 8 yaşlı uşaq edam səhnəsini nümayiş etdirərkən özünü öldürüb

İranda yerli vətəndaşlara ibrət məqsədilə həyata keçirilən və kütləvi informasiya vasitələrində öz əksini tapan açıq edamlar 8 yaşlı uşağın ölümünə səbəb olub.


APA-nın “Radiozəmanə”yə istinadən məlumatına görə, belə bir hadisə İranın Kirmanşah vilayətinin Cavanrud şəhərinin Kəlaş Luləm kəndində qeydə alınıb. Belə ki, Rauf Mustafayi öz həmyaşıdları ilə edam səhnəsinin necə icra edildiyi ilə bağlı oyun oynadığı zaman ehtiyatsızlıqdan özünü öldürüb.

Məlumata görə, R.Mustafayi ilə eyni yaşda olan həmkəndlisi Mehran Yusifi ondan edam səhnəsinin icrasını təkrar nümayiş etdirməsini istəyib və nəticədə belə faciəvi hadisə baş verib.

Qeyd edək ki, İranda əhalinin gözü qarşısında icra olunan edamların icrasını müşahidə etməyə heç bir məhdudiyyət qoyulmayıb.

Saytda Axtarış

Son xəbərlər