Dalga Televiziyasi Nelson Mandela 15 dekabrda torpağa tapşırılacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4888
DünənDünən5773
Bu həftəBu həftə41604
Bu ayBu ay47392
Bu günə qədərBu günə qədər8409023

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nelson Mandela 15 dekabrda torpağa tapşırılacaq

altCənubi Afrika Respublikasının dövlət başçısı Jacop Zuma dünən dekabrın 5-də dünyasını dəyişmiş eks-prezident Nelson Mandelanın 15 dekabrda torpağa tapşırılacağını bildirib. Ölkədə bayraqların bu gündən etibarən endirildiyini söyləyən Zuma 10 günlük matəm elan edib.
Dövlət başçısı Jacop Zuma 95 yaşında vəfat etmiş Mandelanın Yohannesburqdakı evini ziyarət edib. 
27 il həbs həyatı yaşamış, dünyanın ən məşhur məhkumu olan Mandela doğum yeri Şərq Cape əyalətindəki Qunu kəndində torpağa veriləcək. Əsgər və polislər Qunuda geniş təhlükəsizlik tədbirləri almış vəziyyətdədirlər. Mandelanın nəşi hal-hazırda paytaxt Pretoriyadakı 1 Military Xəstəxanasındadır. Onun cənazəsinin ziyarətinə xeyli sayda dövlət başçısının gəlməsi gözlənilir.

Saytda Axtarış

Son xəbərlər