Dalga Televiziyasi Yanukoviç etirazçıları əfv etdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün552
DünənDünən5185
Bu həftəBu həftə552
Bu ayBu ay48241
Bu günə qədərBu günə qədər8409872

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yanukoviç etirazçıları əfv etdi

altUkrayna Prezidenti Viktor Yanukoviç etiraz aksiyalarının iştirakçılarının əfv edilməsi barədə qanunu imzalayıb.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə qanun iğtişaşlar zamanı ağır cinayət törətmiş aksiya iştirakçılarından başqa, bütün etirazçıların əfv edilməsini nəzərdə tutur. Sənədə əsasən, etirazçılar 15 gün ərzində paytaxt Kiyevdə və regionlarda zəbt etdikləri inzibati binaları boşaltmalıdırlar.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Saytda Axtarış

ახალი ამბები