Dalga Televiziyasi 239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni XƏBƏR
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1023
DünənDünən5185
Bu həftəBu həftə1023
Bu ayBu ay48712
Bu günə qədərBu günə qədər8410343

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni XƏBƏR

altMalaziyanın Kuala Lumpur şəhərində ölkənin Mülki Aviasiya Departamentinin baş direktoru 2 gün əvvəl müəmmalı şəkildə radarlardan itən və içərisində 239 nəfərin olduğu “Boinq-777”nin aqibəti barədə mətbuat konfransı keçirib.

Jurnalistlər qarşısında çıxış edən Əzhəruddin Əbdülrəhman axtarışların hələ də bir nəticə vermədəyini bildirib. O, təyyarə barədə hər hansı məlumat olmadığını açıqlayıb.

Əzhəruddin Əbdülrəhman ekspertlərin hər mümkün versiyanı, hətta terror və təyyarənin qaçırılması variantları belə nəzərdən keçirdiyini deyib.

Baş direktor bildirib ki, yalnız təyyarə aşkarlandıqdan sonra qəzanın səbəblərini öyrənmək mümkün ola bilər. Hərbi radarda qeydə alınan məlumat, “Boinq-777” sərnişin təyyarəsinin yoxa çıxmazdan əvvəl geri döndüyünü deməyə əsas verir.

Malaziya höküməti şübhəli pasportları olduğu deyilən 4 şübhəli şəxs barədə araşdırma aparır. Beynəlxalq sularda ABŞ, Tayland, Çin və Malaziyanın birgə apardığı axtarışları hələlik heç bir nəticə verməyib.

Saytda Axtarış

Son xəbərlər