Dalga Televiziyasi Tbilisidə “Mədəniyyətlərin tanıdılması” festivalı keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1616
DünənDünən5185
Bu həftəBu həftə1616
Bu ayBu ay49305
Bu günə qədərBu günə qədər8410936

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə “Mədəniyyətlərin tanıdılması” festivalı keçirilib

altGürcüstanda fəaliyyət göstərən Qara Dəniz Beynəlxalq Universitetində “Mədəniyyətlərin tanıdılması” festivalı keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov məlumat verib.

Məlumata görə, festivalda özündə Azərbaycanı əks etdirən “Azərbaycan guşəsi” adlı 13 stend təşkil edilib. Stendlər tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirdə Azərbaycanın musiqi alətləri, xalçalarımız, mətbəximizdə bişirilən xörək nümunələri, Azərbaycanın gəzməli və görməli yerlərini özündə əks etdirən, o cümlədən Şəkidəki Xan Sarayı, Qarabağın əsrarəngiz təbiəti, qədim Şuşa qalası, Bakının tarixi yerləri rəssamlarımızın müxtəlif bölgələrdən çəkdiyi rəsm əsərləri stendlərdə nümayiş etdirilib.

Tədbirdə Azərbaycan musiqi nömrələri və beş folklor rəqsi nümayiş olunub.

APA-nın məlumatına görə. Qara Dəniz Beynəlxalq Universitetində azərbaycanlı tələbələr və 13 dövləti təmsil edən tələbələr təhsil alır.

Saytda Axtarış

Son xəbərlər