Dalga Televiziyasi Azərbaycanın Serbiyadakı səfirliyi: Ermənistan mediası Azərbaycan-Serbiya münasibətlərini zədələmək üçün fotomontaj hazırlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2411
DünənDünən5185
Bu həftəBu həftə2411
Bu ayBu ay50100
Bu günə qədərBu günə qədər8411731

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanın Serbiyadakı səfirliyi: Ermənistan mediası Azərbaycan-Serbiya münasibətlərini zədələmək üçün fotomontaj hazırlayıb

altBu il avqustun 21-də Serbiyanın paytaxtı Belqradda "Partizan" və "Neftçi" futbol klubları arasındakı oyun zamanı Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin postamenti qarşısına qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağının guya Serbiyanın "Partizan" klubunun azarkeşləri tərəfindən yerləşdirilməsi barədə xəbərlər öz təsdiqini tapmayıb.


Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, bununla bağlı Serbiyanın dövlət orqanları ilə səfirliyin nümayəndələri abidənin yerləşdiyi və 24 saat video müşahidə olunan əraziyə, həmçinin videomateriallara baxış keçiriblər.

İlkin araşdırma zamanı məlum olub ki, sosial şəbəkələrdə və Ermənistan mediasında yayılmış şəkillər fotomontajdır: "Bu hərəkətlərin serb azarkeşlərinə məxsus olmadığını, Ermənistan dövlətinin təbliğ etdiyi ekstremizm ilə bağlılığı aydınlaşıb. Belə cəhdlər separatizmin və ekstremizmin təbliğinə xidmət edir, serb və Azərbaycan xalqları arasında tarixə söykənən dostluq və əməkdaşlıq və inkişaf etməkdə olan Serbiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə üçüncü pozucu ekstremist qüvvələrin xələl gətirmək istəyini nümayiş etdirir. Belə pozucu cəhdlər və fotomontaj kimi metodlar hər zaman olduğu kimi bu dəfə də iflasa uğrayıb".

Saytda Axtarış

Son xəbərlər