Dalga Televiziyasi Gürcüstanda intensiv yağan leysan yağışlar fəsadlar törədib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1691
DünənDünən5185
Bu həftəBu həftə1691
Bu ayBu ay49380
Bu günə qədərBu günə qədər8411011

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda intensiv yağan leysan yağışlar fəsadlar törədib

altSentyabrın 14-dən yağan intensiv leysan yağışlar Marneuli rayonundakı Kirəc Muğanlı kəndində bir çox evləri sel suları və palçıqla doldurub.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün məlum olub ki, əkin sahələri də yararsız hala düşüb.

Kirəc Muğanlı kənd sakini Müzəffər Məmmədov APA-ya açıqlamasında sel sularının onun evinə doldurduğu palçığı öz gücləri ilə kənara daşıdıqlarını bildirib: "Hələlik heç bir köməyimiz yoxdur. Evin yaxınlığındakı mal-qara tövləsinə də palçıq dolub, qoyunlarımız palçığın içində qalıb. Qış üçün topladığımız ot tayası su içində üzür, texnika yoxdur. Qonşuların köməyi ilə palçığı küçəyə daşıyırıq."

Məlumata görə, dünən axşam Rustavi şəhərindəki binaların zirzəmilərinə də sel suları dolub. Artıq Kvemo-Kartli bölgəsində fəaliyyət göstərən yanğından mühafizə və xilasetmə xidmətləri küçə və binaların zirzəmilərində təmizləmə işləri aparırlar.

Saytda Axtarış

ახალი ამბები