Dalga Televiziyasi Rusiya və Çin ABŞ-ı şoka saldı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1905
DünənDünən5185
Bu həftəBu həftə1905
Bu ayBu ay49594
Bu günə qədərBu günə qədər8411225

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiya və Çin ABŞ-ı şoka saldı

altRusiya və Çin arasındakı ticarət əməliyyatlarında ABŞ dolları istifadə olunmayacaq.

ANS PRESS-in məlumatına görə, Qərb ölkələrinin sanksiyaları ilə üzləşən Rusiya ilə Cin arasında 40-a yaxın müqavilə imzalanıb. Müqavilələr enerji, ticarət və maliyyə sahələrini əhatə edir.

Rusiya və Çin hökumət başçılarının Moskvada keçirdikləri görüşün nəticəsi olaraq hər iki ölkənin mərkəzi bankları arasında 150 milyard yuan həcmində valyuta mübadiləsi əməliyyatları barədə də razılaşma əldə edilib.

Dmitri Medvedyev maliyyə vəziyyətinin çətin olduğu dünyada uğurla inkişaf etmək üçün Rusiyanın bir çox çətinliklərlə üzləşdiyini, buna baxmayaraq hər iki ölkənin iri banklarının müştərək layihələr üçün kredit xətlərinin açılması barədə razılığa gəldiyini bildirib.

Ekspertlərin fikrincə, bank sahəsində əldə olunan razılaşma ticarət və sərmayələrdə rublun və yuanın daha geniş istifadəsinə şərait yaradacaq.

Hökumət başçılarının görüşündə Rusiya qazının şərq marşrutu - “Sibirin gücü” qaz kəməri vasitəsi ilə Çinə çatdırılması sahəsində əməkdaşlıq barədə razılığa da imza atılıb.

Saytda Axtarış

Son xəbərlər