Dalga Televiziyasi Azərbaycanlı qadının başını kəsən kişi tutuldu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1715
DünənDünən5185
Bu həftəBu həftə1715
Bu ayBu ay49404
Bu günə qədərBu günə qədər8411035

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanlı qadının başını kəsən kişi tutuldu

alt2001-ci ildə uşaq baxmaq adı ilə Türkiyəyə gedən və öldürülən Azərbaycanlı qadının meyiti 13 il sonra müəyyən edilib. ANS PRESS-in məlumatına görə, qadının başsız bədəni Şişlidə, başı isə Bakırköy sahilində tapılmışdı.

Tapılan qalıqların İstanbulda dayəlik edən 37 yaşlı Tazəgül Daşadoşa adlı Azərbaycan vətəndaşına aid olduğu üzə çıxıb. Cinayət hadisəsi ilə bağlı 51 yaşlı kişi saxlanılıb.

Məlumata görə, qadın 21 aprel 2001-ci ildə evdən çıxıb. Bundan sonra onu görən olmayıb. Hadisədən 6 gün sonra onun 14 yaşlı oğlu anasının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Uşaq anasının Mövlud adlı bir kişi ilə birlikdə olduğunu, onun ailəni tez-tez narahat etdiyini deyib.

Polis bu istiqamətdə araşdırma aparanda başsız qadın cəsədi aşkar edilib. Cəsədin üzərində çox sayda kəsilmiş-deşilmiş xəsarətlər olub. Bundan sonra türk polisi Azərbaycana müraciət edərək qaının bəzi qohumlarının DNT nümunələrinin göndərilməsini istəyib. DNT araşdırmasından sonra ötən ilin noyabr ayında tapılan qalıqlarının Azərbaycan vətəndaşına aid olduğu bəlli olub.

Bundan sonra polis qadının oğlunun ifadəsi əsasında axtarışa başlayıb və qadının dostu olduğu iddia edilən kişini tapıb. Bəlli olub ki, qadın itən tarixdə adıçəkilən şəxs həkimdən belində sınıq olması ilə bağlı sənəd alıb. O, həkimlərə yağışlı yolda motosikletinin qəzaya uğradığını deyib.

Lakin polis onun qəzaya uğradığı yerlə qadının cəsədinin tapıldığı yerin bir-birinə çox yaxın olduğunu müəyyən edə bilib. Mövlud S. saxlanılan zaman qəribə hadisə baş verib. Belə ki, o nə üçün saxlandığını soruşub. Dedektivlər ona 3 kəlmə deyiblər "2001, İstanbul, Tazəgül". Bu sözləri eşidəndən sonra o olduğu yerdə çpküb və bir kəlmə belə danışmayıb.

Qətlin əsas şübhəlisi olan kişi bundan sonra saxlanılıb. Adı açıqlanmayan 51 yaşlı kişi məhkəmədə ifadəsindən sonra həbs edilib.

Saytda Axtarış

ახალი ამბები