Dalga Televiziyasi ABŞ-ın helikopter bəyanatı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1687
DünənDünən5185
Bu həftəBu həftə1687
Bu ayBu ay49376
Bu günə qədərBu günə qədər8411007

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ-ın helikopter bəyanatı

altRəsmi Vaşinqton Dağlıq Qarabağda vurulan helikopteri ilə bağlı reaksiya bildirib.

ANS PRESS-in ABŞ-ın "Azadlıq" radiostansiyasına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bir daha regionda atəşkəsin rejiminə riayət edilməsi və gərginliyin azadılmasının önəmini xatırladıb.

Departament rəsmisi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərin ikiqat artırmağın önəmini qeyd edib. O, deyib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Xatırladaq ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Saytda Axtarış

Son xəbərlər