Dalga Televiziyasi Gürcüstan prezidenti: Rusiya ilə Abxaziya arasında bağlanmış saziş münasibətlərin normallaşdırılmasını çətinləşdirəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2720
DünənDünən5185
Bu həftəBu həftə2720
Bu ayBu ay50409
Bu günə qədərBu günə qədər8412040

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan prezidenti: Rusiya ilə Abxaziya arasında bağlanmış saziş münasibətlərin normallaşdırılmasını çətinləşdirəcək

altRusiya ilə Abxaziya arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” saziş Rusiya ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Tiflisdə təşkil olunmuş xüsusi brifinqdə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd olan müqavilənin imzalanması Rusiyanın Abxaz regionunu ilhaq etməsinə yönələn addımdır. Marqvelaşvili beynəlxalq ictimaiyyəti qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.

Qeyd edək ki, noyabrın 24-də Soçi şəhərində Rusiya ilə Abxaziya arasında imzalanmış saziş ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılmasını nəzərdə tutur.

Saytda Axtarış

Son xəbərlər