Dalga Televiziyasi Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən azərbaycanlılara ana dilində mətbuat veriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1688
DünənDünən5185
Bu həftəBu həftə1688
Bu ayBu ay49377
Bu günə qədərBu günə qədər8411008

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən azərbaycanlılara ana dilində mətbuat veriləcək

altGürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən etnik məhbuslara Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə bu gündən ana dillərində nəşr olunan qəzetlər veriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu təşəbbüs Gürcüstan Cəzaçəkmə və Probasiya Məsələləri üzrə Nazirliyi ilə razılaşdırılıb. Məlumata görə, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəşri olan "Region Press", həmçinin Azərbaycan dilli “Gürcüstan” və erməni dilli “Vrastan” (“Gürcüstan”) qəzetləri həftədə bir dəfə etnik məhbuslara çatdırılacaq.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin etnik azlıq məsələləri üzrə müşaviri Zaur Darğallı APA-ya açıqlamasında məhbuslara ana dilində mətbuat nümunələrinin çatdırılmasının həbsxanalarda etnik məhbusların ölkədə baş verən hadisələr haqqında məlumatlandırılması məqsədi daşıdığını bildirib: “Məhbuslarla bağlı bir çox planımız var. Onların həbsxanalarda məşğulluğunu artırmaq və cəmiyyətə inteqrasiyası üçün müxtəlif proqramlar da düşünmüşük. Biz məhbuslar üçün Novruz bayramı proqramı və menyu da hazırlamışıq”.

Saytda Axtarış

Son xəbərlər