Dalga Televiziyasi Daha bir ölkə Saakaşvilini istəyir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3224
DünənDünən5185
Bu həftəBu həftə3224
Bu ayBu ay50913
Bu günə qədərBu günə qədər8412544

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Daha bir ölkə Saakaşvilini istəyir

altGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Moldovaya dəvət edilib.

Bu dəfə o, korrupsiya ilə mübarizə sahəsində ekspert kimi dəvət edilib.

Moldovanın baş naziri Kirill Qaburiçin sözlərinə görə, bu məsələ keçən çərşənbə günü Ukrayna prezidenti Pyotr Poroşenko ilə müzakirə edilib. Müzakirədə Poroşenkonun məsləhətçisi olan Mixail Saakaşvili də olub.

"Saakaşvili və onun komandasının islahatlar sahəsində yaxşı təcrübəsi var. Tezliklə onlar Kişinyova gələcəklər. Onlar Moldova hakimiyyətinə korrupsiya ilə mübarizə məsələlərində ekspert kimi kömək edəcəklər. Hakimiyyətin rüşvətxorluğu aradan qaldırmaq üçün bütün cəhdlərinə baxmayaraq, indiyədək bu sahədə təsirli addımlar atılmayıb", - deyə Qaburiç bildirib. O həmçinin qeyd edib ki, korrupsiya Modlovada bütün sahələrə nüfuz edib.

Xatırladaq ki, həm Mixail Saakaşvili, həm də Kirill Qaburiçə qarşı öz vətənlərində cinayət işi açılıb. Saakaşvili Gürcüstanda axtarışa verilib. Keçmiş prezident vəzifə səlahiyyətlərini aşmaqda və digər cinayətlərdə ittiham edilir. Bir müddət "Azercell" şirkətinin baş direktoru olan Kirill Qaburiç isə təhsil haqqında sənədləri saxtalaşdırmaqda ittiham edilir.

Saytda Axtarış

ახალი ამბები