Dalga Televiziyasi Səudiyyə Ərəbistanı Gürcüstandan zirehli texnika alacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4412
DünənDünən5185
Bu həftəBu həftə4412
Bu ayBu ay52101
Bu günə qədərBu günə qədər8413732

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Səudiyyə Ərəbistanı Gürcüstandan zirehli texnika alacaq

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq.

"Dalğa TV"nin Gürcüstanın "Kvira" nəşrinə istinadən verdiyi məlumata görə, artıq Gürcüstanla Səudiyyə Ərəbistanı arasında müvafiq saziş imzalanıb.

Sazişə əsasən, Gürcüstanın "Delta" hərbi elmi-texniki mərkəzi Ər-Riyada onlarla müasir zirehli tibbi-təxliyyə avtomobili göndərəcək. Bunun qarşılığında Səudiyyə Ərəbistanı Gürcüstana 60 milyon dollar ödəyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin elan etdiyi tenderdə Gürcüstan istehsalı olan zirehli maşın məşhur "Oshkosh", "Streit Group", AIG, "Steyr" və "Lenco bearcat" kimi şirkətlərin zirehli avtomobilləri ilə rəqabət aparıb. Gələcəkdə Gürcüstanın Səudiyyə Ərəbistanına yüzlərlə belə zirehli maşın göndərəcəyi bildirilir.

Saytda Axtarış

Son xəbərlər