Dalga Televiziyasi Çində pasientə qolunda yetişdirilən qulaq köçürülüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün146
DünənDünən5185
Bu həftəBu həftə147
Bu ayBu ay47836
Bu günə qədərBu günə qədər8409466

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Çində pasientə qolunda yetişdirilən qulaq köçürülüb

Çin cərrahları xəstənin qolunda yetişdirilən qulağın pasientin başına köçürülməsi əməliyyatını uğurla reallaşdırıblar.

Dalga tv Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, martın 30-da Şensi əyalətinin Sian şəhərində həyata keçirilən əməliyyat 7 saat davam edib.

Tszi soyadlı şəxs qulağını təxminən bir il əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində itirmişdi. 2016-cı ilin noyabrında cərrahlar onun qolunda yeni qulağın yetişdirilməsi prosesini başa çatdırıblar.

Qulağın yaradılması üçün pasientin qabırğasından qığırdaq götürülüb. Qığırdaq onun qolunda dərinin altına yeridilib, sonradan isə 3D printerdə çap edilən xüsusi implantların köməyi ilə ona qulaq forması verilib.

Saytda Axtarış

ახალი ამბები