Dalga Televiziyasi Batumidə Azərbaycan mədəniyyəti təbliğ olunacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4327
DünənDünən5442
Bu həftəBu həftə32540
Bu ayBu ay4327
Bu günə qədərBu günə qədər8365958

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Batumidə Azərbaycan mədəniyyəti təbliğ olunacaq

alt

Azərbaycanın Batumi səhərindəki baş konsulu Rəşad İsmayılov noyabrın 8-də şəhərin meri Giorgi Yermakovla görüşüb.

Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna verilən məlumata görə, R.İsmayılov Azərbaycanla Gürcüstan arasında əlaqələr barədə merə ətraflı məlumat verib.

Diplomat Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Görüşdə Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarının artırılması, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb. İkitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

Son xəbərlər