Dalga Televiziyasi Giorqadze: “Gürcüstan-Azərbaycan mədəni əlaqələri getdikcə inkişaf edir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4105
DünənDünən5442
Bu həftəBu həftə32318
Bu ayBu ay4105
Bu günə qədərBu günə qədər8365736

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Giorqadze: “Gürcüstan-Azərbaycan mədəni əlaqələri getdikcə inkişaf edir”

"Azərbaycanla mədəni əlaqələrimiz, əməkdaşlığımız getdikcə inkişaf edir. Buna nümunə olaraq son illər musiqi kollektivlərimizin hər iki ölkəyə qarşılıqlı səfərlərini göstərmək olar”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze bildirib.

“Hazırda Tiflis Konservatoriyasının tələbələri Bakıda səfərdədir. Onlar Azərbaycan paytaxtında azərbaycanlı tələbələrlə birgə maraqlı proqramlarla çıxış edəcəklər. Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə tələbələrimizi yaxşı qarşıladıqları üçün minnətdarlığımı bildirirəm”, - deyə o vurğulayıb.

M. Giorqadze Azərbaycan Milli Konservatoriyasının tələbələrinin yaxın vaxtlarda Gürcüstana səfər edəcəyini bildirib: “Düşünürəm ki, azərbaycanlı tələbələrin Tiflisdə təqdim edəcəyi musiqi nömrələri gürcü ictimaiyyətinin xoşuna gələcək. Biz də çalışacağıq ki, onları lazımi qədər dəstəkləyək və konsert vermələri üçün şərait yaradaq”.  

Saytda Axtarış

Son xəbərlər