Dalga Televiziyasi Bakıda Türkiyənin mədəniyyət günləri keçiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün313
DünənDünən3261
Bu həftəBu həftə313
Bu ayBu ay16032
Bu günə qədərBu günə qədər9677397

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda Türkiyənin mədəniyyət günləri keçiriləcək

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günləri keçiriləcək.

Tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliyin mədəniyyət və turizm müşavirliyindən AZƏRTAC-a bildirilib ki, səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsert proqramları təqdim ediləcək.

Saytda Axtarış

Son xəbərlər