Dalga Televiziyasi Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert keçirilmişdir Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri konsertdə olmuşlar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3257
DünənDünən6240
Bu həftəBu həftə28196
Bu ayBu ay33984
Bu günə qədərBu günə qədər8395615

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert keçirilmişdir Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri konsertdə olmuşlar

altAvqustun 15-də Qəbələdəki Mədəniyyət sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev konsertdə olmuşlar.
Konsertdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Abdullah Gülə və Qırğızıstan Prezidenti Almazbek Atambayevə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 20-ci ildönümü münasibətilə xatirə hədiyyələri təqdim olundu.
Sonra Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri qısa söhbət etdilər.
Salona toplaşanlar dövlət başçıları İlham Əliyevi, Abdullah Gülü və Almazbek Atambayevi hərarətlə qarşıladılar.
Konsertdə Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında türkdilli xalqların musiqiləri səsləndi.
Hazırda türkdilli ölkələr arasında mədəniyyət məsələlərinə böyük diqqət göstərilir. Bu sahədə əməkdaşlıq bütün türkdilli dövlətlər arasında prioritet elan edilmişdir. Təsadüfi deyildir ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri mütəmadi olaraq vurğulanır. Bu prosesə türkdilli dövlətlərin ortaq təşkilatı olan TÜRKSOY da öz töhfəsini verir. Təşkilatın xətti ilə hər il türkdilli ölkələrin müxtəlif şəhərlərində reallaşan tədbirlər xalqlarımız arasında mədəni telləri daha da möhkəmləndirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da türkdilli ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə layiqli töhfələr verir.

Saytda Axtarış

Son xəbərlər