Dalga Televiziyasi Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər 2014-cü ildə qüvvəyə minəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün297
DünənDünən5773
Bu həftəBu həftə37013
Bu ayBu ay42801
Bu günə qədərBu günə qədər8404432

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər 2014-cü ildə qüvvəyə minəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş yəqin ki, Vilnüs sammitində imzalanacaq. Lakin bu sazişin qüvvəyə minməsi üçün readmissiya haqqında sazişin imzalanması da vacibdir”.


APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils deyib. O bildirib ki, readmissiya haqqında sazişin hazırlanması yekunlaşma mərhələsindədir və tam hazır olması üçün bir qədər vaxt tələb olunur: “Bütün paket 2014-cü ildə qüvvəyə minəcək”.

Xatırladaq ki, Azərbaycan və AB viza rejiminin sadələşdirilməsi barədə sazişi paraflayıblar. Sənədin imzalanmasından sonra Azərbaycan vətəndaşlarının Şengen vizası alması qaydaları sadələşəcək, viza üçün ödənən rüsum azalacaq və s..

Saytda Axtarış

Son xəbərlər