Dalga Televiziyasi Prezident: "Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2930
DünənDünən5773
Bu həftəBu həftə39646
Bu ayBu ay45434
Bu günə qədərBu günə qədər8407065

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident: "Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

 

"Biz artıq qərara gəldik ki, ilkin mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcək".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında türkiyəli jurnalistin viza rejiminin ləğvinə dair verdiyi sualı cavablandırarkən deyib.

Prezident bildirib ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın da viza ilə bağlı öz siyasəti var: "Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycanla sıx bağlı olan Türkiyə vətəndaşları üçün tamamilə vizasız rejim tətbiq ediləcək. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Əminəm ki, bundan sonra belə suallara daha ehtiyac qalmayacaq".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə mətbuat konfransında çıxışında bildirib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasında akademiklər, tələbələr və iş adamları üçün vizaların aradan qaldırılması məsələsi müzakirə edilib.

Saytda Axtarış

Son xəbərlər