Dalga Televiziyasi Gürcüstan sovet və Rusiya helikopterlərindən tamamilə imtina edir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4129
DünənDünən5773
Bu həftəBu həftə40845
Bu ayBu ay46633
Bu günə qədərBu günə qədər8408264

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan sovet və Rusiya helikopterlərindən tamamilə imtina edir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

2014-cü ildə Gürcüstanın Müdafiə Nazirliyi sovet və Rusiya helikopterlərinini əsasən ABŞ helikopterləri ilə dəyişəcək.

alt
Bu bəyanatla Gürcüstasnın müdafiə naziri İrakli Alasaniya çıxış edib. İ.Alasaniya bildirib ki, Gürcüstanın hərbi birləşmələrinə məxsus parklarındakı helikopterlər əsasən, ABŞ helikopterləri ilə əvəzlənəcək, lakin bunun üçün digər ölkələrlə də danışıqlar aparılacaq. Bu ölkələrin sırasında Fransa da var.

Nazirin sözlərinə görə, sovet və Rusiya helikopterlərinə xidmətin göstərilməsi və onların təmir olunması çox baha başa gəlir. Həmin helikopterlərin ehtiyat hissələrinin alınması Gürcüstan üçün maliyyə baxımından demək olar ki, mümkün deyil.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hələ 2010-cu ildə köhnə və etibarsız Rusiya heklikopterlərinin yeniləri ilə əvəz olunmasına ehtiyacın yarandığını bəyan etmişdi.

Saytda Axtarış

Son xəbərlər