Dalga Televiziyasi Gürcüstan hava məkanını Rusiya üçün açır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3974
DünənDünən5773
Bu həftəBu həftə40690
Bu ayBu ay46478
Bu günə qədərBu günə qədər8408109

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan hava məkanını Rusiya üçün açır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Yanvarın 20-də Rusiyanın SU-27 qırıcı təyyarələri Gürcüstanın üzərindən uçacaq.


 Bu barədə “Kviris palitra” qəzetində hərbi ekspert İrakli Aladaşvili məlumat verib.

Məlumata görə, yanvarın 20-də Tiflis üzərindən bir neçə Rusiya qırıcı təyyarəsi və “İl-76” hərbi yük təyyarəsi uçacaq. Ekspertin sözlərinə görə, uçuş Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.

Ekspert bildirib ki, belə bir uçuş yanvarın 10-da həyata keçirilib, Rusiya qırıcıları və yük təyyarəsi Gürcüstanın şimalından cənuba tərəf uçaraq Ermənistanın Erebuni hərbi aerodromunda yanacaq doldurmaq üçün qısamüddətli eniş ediblər.

İ.Aladaşvilinin yazdığına görə, Rusiya hərbi təyyarələri beynəlxalq uçuşlar nümayiş etdirmək üçün Bəhreyndə təşkil olunacaq tədbirə qatılacaq və yanvarın 20-də eyni marşrutla geri uçacaqlar.

Rusiya hərbi təyyarələrinin Gürcüstan hava məkanından bu uçuşu 2008-ci ilin avqustundan sonra həyata keçirilən ilk uçuş olacaq.

Saytda Axtarış

Son xəbərlər