Dalga Televiziyasi ABŞ senatı Azərbaycanla bağlı qətnamə qəbul edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4306
DünənDünən5773
Bu həftəBu həftə41022
Bu ayBu ay46810
Bu günə qədərBu günə qədər8408441

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ senatı Azərbaycanla bağlı qətnamə qəbul edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altABŞ-ın Nyu Meksiko ştatının Senatında fevralın 13-də Azərbaycana dair geniş qətnamə qəbul olunub.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir. Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə edilmişdir. Bu səpkidə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Bundan başqa sənəddə vurğulanır ki, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini dəstəkləyir.

Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini gücləndirməsinin vacibliyini vurğulayırlar.

Xatırladaq ki, bu, 2014-cü ildə ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ikinci qətnamədir. Bundan öncə, yanvarın 30-da Arizona parlamenti oxşar qətnamə qəbul edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirmişdi. Ötən il isə Nyu Meksiko parlamenti Xocalı qətliamını tanıyan qətnamə qəbul edib.

Saytda Axtarış

Son xəbərlər