Dalga Televiziyasi Prezident və müxalifət arasında razılaşma imzalanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5066
DünənDünən5773
Bu həftəBu həftə41782
Bu ayBu ay47570
Bu günə qədərBu günə qədər8409201

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident və müxalifət arasında razılaşma imzalanıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altUkrayna prezidenti Viktor Yanukoviç və üç müxalifət lideri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok ölkədə yaranmış böhrana son qoyulmasını nəzərdə tutan saziş imzalayıblar.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, sazişə vasitəçi qismində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Fransa XİN-in departament rəhbəri Erik Furnye də imza atıb. Digər vasitəçi ölkə olan Rusiyanın ombudsmanı, prezident Putinin xüsusi elçisi Vladimir Lukin sənədi imzalamaqdan imtina edərək mərasimə qatılmayıb.

İmzalanma mərasimindən əvvəl O. Tyaqnibokun təklifi ilə son günlər ölkədə baş vermiş toqquşmalarda ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saytda Axtarış

Son xəbərlər