Dalga Televiziyasi Gürcüstan Silahlı Qüvvələrinin azərbaycanlı əsgərləri Axundov adına Mədəniyyət Muzeyində tanış olublar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4270
DünənDünən5773
Bu həftəBu həftə40986
Bu ayBu ay46774
Bu günə qədərBu günə qədər8408405

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Silahlı Qüvvələrinin azərbaycanlı əsgərləri Axundov adına Mədəniyyət Muzeyində tanış olublar

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altGürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı əsgərlər M.F.Axundov adına Mədəniyyət Muzeyində olublar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə muzeyin direktoru Leyla Əliyeva məlumat verib.

Onun sözlərinə görə, muzey rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbir azərbaycanlı əsgərlərin maraq və sevincinə səbəb olub: “Biz Gürcüstan Silahlı Qüvvələri ilə razılaşma əldə etmişik. Azərbaycanlı əsgərlər hər 15 gündən bir muzeyə gəlib buradakı eksponatlar və tarixi əşyalarla tanış olacaq, onlarla tariximiz barədə maarifləndirmə işi aparacağıq. Dünən əsgərlərimiz Azərbaycan dramaturgiyasının banisi Axundovun yaradıcılığını əks etdirən rəsmlər, onun şəxsi əşyaları, adət-ənənələrimizə aid əsərlər, Gürcüstanda yaşayan azərbaycanlıların toxuduğu xalçalar və muzeydə nümayiş olunan və tariximizi özündə əks etdirən rəsm əsərləri, musiqi alətləri və digər maraqlı eksponatlar azərbaycanlı əsgərləri sevindirib. Düşünürəm ki, əsgərlərimiz həm gürcü, həm də Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmalı, bu sahədə onlarla mütəmadi işlər aparılmalı, canlı ekskursiyalar təşkil edilməlidir”.

M.F.Axundov adına Mədəniyyət Muzeyində Gürcüstan Müdafiə Nazirliyinin azərbaycanlı mütəxəssisi Beniamin Qasımov da əsgərlərlə birlikdə muzeydə olub və əsgərlər qarşısında tariximizlə bağlı məqamlar barədə məlumatlarla çıxış edib. Tədbirdə “Ceyran” folklor rəqs ansamblının üzvləri də iştirak edib və “Sarı gəlin” rəqsi nümayiş etdirilib, eyni zamanda M.F.Axundov adına Mədəniyyət Muzeyinin nəzdində fəaliyyət göstərən musiqi studiyasının üzvləri də Azərbaycan musiqi və mahnılarını ifa ediblər.

Saytda Axtarış

Son xəbərlər