Dalga Televiziyasi Baş nazir Ərdoğan Azərbaycana səfəri zamanı nurçularla mübarizə məsələsini müzakirə etdiyini açıqlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5163
DünənDünən5773
Bu həftəBu həftə41879
Bu ayBu ay47667
Bu günə qədərBu günə qədər8409298

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Baş nazir Ərdoğan Azərbaycana səfəri zamanı nurçularla mübarizə məsələsini müzakirə etdiyini açıqlayıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı “paralel yapı” adlandırdığı Fətullah Gülən icması (nurçular) ilə mübarizə məsələsinin müzakirə olunduğunu açıqlayıb.


APA-nın xəbərinə görə, baş nazir bunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxışında bildirib. O, “qardaş ölkə Azərbaycana səfərimiz zamanı paralel yapı məsələsini müzakirə etdik. Beynəlxalq platformalarda bu məsələ gündəmimizdə olacaq”, - deyib.

R. T. Ərdoğan Fətullah Gülənin din adamı deyil, qanunsuz örgüt (təşkilat) lideri və holdinq rəhbəri kimi fəaliyyət göstərdiyini vurğulayıb, bu icmanı xəyanət şəbəkəsi adlandırıb. O, sıravi nurçuları bu şəbəkədən uzaqlaşmağa çağırıb.

Xatırladaq ki, APA R. T. Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycanda nurçularla əlaqəsi olan şəxslərin siyahısını təqdim etdiyi barədə məlumat yaymışdı.

Saytda Axtarış

Son xəbərlər