Dalga Televiziyasi Putin niyə geri çəkildi? - BAXIŞ
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4376
DünənDünən5773
Bu həftəBu həftə41092
Bu ayBu ay46880
Bu günə qədərBu günə qədər8408511

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Putin niyə geri çəkildi? - BAXIŞ

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altƏsas problem odur ki, Rusiyanın arzuları onun imkanlarına adekvat deyil, bir daha qeyd edirik ki, iqtisadiyyatı Rusiyaya imperialist siyasət yürütməyə imkan vermir…

V.Putinin Ukraynadakı separatçılara referendumu təxirə salmaqla bağlı müraciətindən (bəzi bölgələr buna rədd cavabı versə də…) sonra rusiyalı təhlilçilər bu sual üstündə baş sındırır. Onlardan biri həmin suala orijinal cavab verib. Onun fikrincə, Putin özünün və separatçıların biabır olmasından, referendumun baş tutmayacağından qorxub. Çünki Kırımdan fərqli olaraq şərq bölgələrində hətta referendumu təşkil etmək belə o qədər də asan məsələ deyil…
Referendumun təşkilati məsələlərilə bağlı fikir deməkdə acizik. Amma elə ilk gündən diqqətimizi bir məsələ cəlb edib ki, şərq bölgələrindəki (Ukrayna) etirazlar kütləvilikdən çox-çox uzaqdır. Bu etirazlar həqiqətən də bir qrup təxribatçının hərəkətinə bənzəyir.
Amma güman edirik ki, V.Putini müəyyən mənada geri çəkilməyə məcbur edən onun Qərbin təzyiqlərini hiss etməsi oldu. Bəli, iqtisadiyyat artıq bu təzyiqləri “duyur”, hətta ən böyük iqtisadi strukturların belə səhmləri düşür və bütövlükdə iqtisadi güc ölkənin neoimperialist siyasətinə adekvat deyil…

V.Putin həm də başa düşür ki, şərqi Ukrayna məsələsində ona güzəşt olmayacaq. Demirik ki, Qərb bu məsələlərə görə Rusiyaya hərbi güc tətbiq edəcək. Yox, belə olmayacaq. Əsas problem odur ki, Rusiyanın arzuları onun imkanlarına adekvat deyil, bir daha qeyd edirik ki, iqtisadiyyatı Rusiyaya imperialist siyasət yürütməyə imkan vermir…
Ruslar nə qədər desələr də ki, V.Putin Rusiyanı xoşbəxt uşaqlıq cağına qaytardı və yaxud da ki, Rusiyaya təzədən superdövlət statusunu verdi, bütün bunlar ciddi təhlildən uzaq, bayağı və məsuliyyətsiz çağırışlardır. Necə deyər, adamı elə bu cür, tərifləyə-tərifləyə gözdən və diqqətdən salır, uçuruma itələyirlər…

Bu çağırışlarda təəccüb doğuran həm də odur ki, onlar həm də rus ziyalısının tarixi kredosuna, daim hakimiyyətin opponenti olmaq kredosuna ziddir. Amma dərindən düşünəndə görürsən ki, elə bunun özü də müəyyən mənada ziyalıların uydurmasıdır - ən azı son yüz ildə rus ziyalısı özünün və cəmiyyətin həyatı üçün məsuliyyət hissini itirib…
Demirik ki, hamı bütünlüklə ümumi xorun içində əriyib, ona qarışıb, yox, arabir fərqli çıxışlar da eşidilir. Amma onlar olduqca seyrək və zəifdir. Onları-rus ziyalılarını qınamaq fikrindən uzağıq.
Ən azı görə ki, bizə də “Bir özünüzə baxın!” deyə bilərlər. Azərbaycan ziyalısı orta statistik rus ziyalısından daha fəaldırmı? Əlbəttə ki, yox. Bu bir neçə gündə-mayın bu çağında ziyalılarımızın əvəzinə əməlli-başlı utandım...

Həm də bir məsələni duydum. Bəli, ziyalılarımız özləri istəyir ki, onlara “yuxarılar”dan tapşırıqlar verilsin, onlar da təbliğat aparsınlar...
“Təbliğat maşını”nın mühüm vinti olmaq, özünü siyasi hakimiyyətə gərəkli hiss etmək-Azərbaycan ziyalısının da ümdə arzusu budur...
Özü də bunu “xalqın xidmətində durmaq” kimi təqdim edirlər. Halbuki xalq onlardan tamam başqa şey umur, onların dilindən problemlərinin səslənməsini istəyir, əvəzində isə yüksək mənsəb sahibləri haqda təriflər eşidir...

Bəli, rusların, daha çox da meşşan düşüncəli insanların həm də belə bir fikri də var ki, hakimiyyətlə yalnız dostluq etmək lazımdır. Bu fikri də qəbul edə bilərdik, əgər bu dostluğun məqsədini-qayəsini anlaya bilsəydik.

Bu dostluq cəmiyyət və onun problemləri naminə, hakimiyyətin və mənsəb sahiblərinin yürütdüyü siyasətə müsbət mənada təsir etmək naminə olsaydı bunu başa düşmək olardı...
Amma bu dostluq tamam başqa məqsədlər üçündür, ziyalıların “özlərinə gün ağlaması” üçündür...
Bəli, V.Putindən başladıq, ondan rus ziyalısına, oradan da Azərbaycan ziyalısına keçdik. Düşünməyin ki, bu, bir fikir dağınıqlığıdır. Yox, belə deyil.

Mənim fikrimcə, həmişə bir ücbucaq olub-onun bir başında hakimiyyət, o biri başında ziyalılar, digər başında isə cəmiyyət qərar tutub...
Mexanikada üçbucaq ən möhkəm fiqurdur deyiblər. Bir şərtlə ki, onun təpələrini birləşdirən tellər güclü olsun. Amma həmişə belə olurmu? Təəssüf.

Ən azı cəmiyyətdə heç də həmişə belə olmur. Bəli, bir də görürsən ki, ictimai ücbucağın iki təpəsi-hakimiyyət və ziyalılar cəmiyyətdən xeyli uzaq düşüblər.

Düzdür, Rusiya bir qədər fərqli məsələdir. Orada imperializm bəlkə də hakimiyyəti, ziyalını və cəmiyyəti birləşdirən yeganə teldir. Amma hesabla “yeni ruslar” da olmalı idi. Bəs haradadır onlar? Niyə səsləri eşidilmir? Yoxsa onlar da elə bizim bəzi “yenilər” qədər yenidirlər?..

Saytda Axtarış

Son xəbərlər