Dalga Televiziyasi Ərdoğanın andiçmə mərasimində Oqtay Əsədov iştirak edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün574
DünənDünən5185
Bu həftəBu həftə574
Bu ayBu ay48263
Bu günə qədərBu günə qədər8409894

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğanın andiçmə mərasimində Oqtay Əsədov iştirak edəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altTürkiyə prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin təmsil etməsi gözlənilir.

Dalgatv APA-ya istinadən xəbər verir ki, artıq andiçmə mərasimində iştirak edəcək heyətlər dəqiqləşir.

Məlumata görə, mərasimdə 14 ölkəni prezident və dövlət rəhbəri, 8 ölkəni baş nazir, bir neçə ölkəni parlament sədri, digərlərini isə nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri təmsil edəcək.

Mərasimdə Rusiya və İranı xarici işlər nazirləri Sergey Lavrov və Mohammed Cavad Zarifin təmsil edəcək. ABŞ-dan gələcək heyət rəhbərinin adı isə hələlik bəlli deyil. Çin Xalq Respublikası da tədbirə xüsusi nümayəndə göndərəcəyini bildirib.

Qeyd edək ki, R.T. Ərdoğan bu il avqustun 10-də keçirilmiş seçkilərdə Türkiyə prezidenti seçilib.

Saytda Axtarış

Son xəbərlər