Dalga Televiziyasi Putin Azərbaycan müxalifəti ilə əməkdaşlıq etmədiyini söylədi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün751
DünənDünən5185
Bu həftəBu həftə751
Bu ayBu ay48440
Bu günə qədərBu günə qədər8410071

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Putin Azərbaycan müxalifəti ilə əməkdaşlıq etmədiyini söylədi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altRusiya prezidenti Vladimir Putin “Seliger” yay düşərgəsində gənclərlə görüşü zamanı keçmiş SSRİ məkanı ölkələrindəki hakimiyyətlərə münasibətini açıqlayan çıxış edib. Modern.az bildirir ki, Putin bununla əlaqədar Vaşinqtonu dolayısı ilə siyasi riyakarlıqda ittiham edib.

“Biz bir çox qərbli tərəfdaşlarımızdan fərqli olaraq, həmişə hakimiyyətdə olan iqtidarları dəstəkləmişik. Ola bilsin onlar bu mənada özlərini daha çox praqmatik aparırlar. Onlar həmişə yumurtanı müxtəlif səbətə qoymağı sevirlər. Bundan əlavə, hakimiyyət hətta onlara loyal yanaşırsa belə, onlar yenə də müxalifətlə işləyirlər. Amerikalılar adətən belə edirlər. Həmişə”-deyə Putin vurğulayıb.

Putin daha sonra bildirib ki, ABŞ hətta ona qarşı loyal olan dövlətə qarşı belə, müxtəlif təzyiqlər edir:

“Onlar özlərinə loyal olan hakimiyyəti belə, bir az sıxırlar, bu hökümətə qarşı müxtəlif təzyiqlərdən istifadə edirlər. Bunu onun üçün edirlər ki, bu loyal hökümət daha da loyal olsun. Bu yolla hakimiyyətə nümayiş etdirirlər ki, onu əvəz etmək üçün güvənməyə həmişə adamları var. Ola bilsin bu praqmatik mövqedir. Bu metod əsrlər boyu Böyük Britaniya tərəfindən istifadə olunub”.

Kreml sahibinin sözlərinə görə, bu anqlosakson yanaşma sonradan ABŞ-a köç edib.

“ABŞ bu metoddan indi istifadə edir. Onlar mənim bu çıxışımdan sonra nə cavab verəcəklərindən asılı olmayaraq bu, belədir ki var”.

Daha sonra Putin əlavə edib ki, keçmiş SSRİ məkanı belə yanaşma üçün məqbul ərazi deyil:
“Biz xüsusilə postsovet məkanında belə davrana bilmərik. Bizdə tamamilə fərqli situasiyadır. Biz həmişə ölkələrində hazırda fəaliyyətdə olan iqtidarı dəstəkləyirik. Bu o demək deyil ki, müxalifətə düşmən münasibət bəsləyirik, yaxud bizim üçün onların varlığı əhəmiyyətsizdir. Yox, biz hamıya bərabər yanaşırıq. Amma mövcud hakimiyyətlə əməkdaşlıq edirik”.

Bununla da Putin digər postsovet ölkələri ilə yanaşı, Azərbaycan müxalifətini də dəstəkləmədiyini dolayısı ilə bəyan edib.

Moskva tərəfindən Yanukoviç iqtidarının dəstəklənməsi barədə iddiaları rədd edən Putin bildirib ki, bütün bu deyilənlər həqiqəti əks etdirmir.
“Biz Yanukoviçi heç vaxt nəyəsə təhrik etməmişik.”-deyə Putin vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər