Dalga Televiziyasi İlham Əliyev həmsədrlər qarşısında kəlbəcərli girovlarla bağlı tələb qoydu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün784
DünənDünən5185
Bu həftəBu həftə784
Bu ayBu ay48473
Bu günə qədərBu günə qədər8410104

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İlham Əliyev həmsədrlər qarşısında kəlbəcərli girovlarla bağlı tələb qoydu

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib. Modern.az saytı Trend-ə istinadən xəbər veri ki, bunu çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: "Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir".

Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər.

Modern.az saytı xatırladır ki, bu il iyulun 11-də erməni xüsusi təyinatlıları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedən üç mülki azərbaycanlıdan birini - Cəbrayıl köçkünü Həsən Həsənovu öldürüb, kəlbəcərlilər Şahbaz Quliyev və Dilqəm Əsgərovu isə girov götürüblər. Sonuncu iki azərbaycanlı barədə cinayət işi açan ermənilər qondarma ittihamlarla onları mühakimə etməyə hazırlaşır.

Saytda Axtarış

Son xəbərlər