Dalga Televiziyasi Həmsədrlər prezidentlərin Paris görüşündən gözləntilərini açıqlayıblar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün718
DünənDünən5185
Bu həftəBu həftə718
Bu ayBu ay48407
Bu günə qədərBu günə qədər8410038

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Həmsədrlər prezidentlərin Paris görüşündən gözləntilərini açıqlayıblar

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə sülh sazişinin əsas məqamları üzərində ciddi müzakirə gözləyirlər.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, ATƏT-in mətbuat xidmətinin Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri adından verdiyi açıqlamada qeyd olunur ki, həmsədrlər prezidentlərin Soçi və Uelsdə baş tutmuş görüşlərinin tərəflər arasında “ünsiyyət kanalı” yaratdığını hesab edirlər: “Biz prezidentlərin Paris görüşündə sülh sazişinin əsas məqamlarının ciddi şəkildə müzakirəsini gözləyirik. Həmçinin ümid edirik ki, prezidentlər qarşılıqlı etimad və şəffaflıq yaratmağa hesablanan tədbirlər ətrafında razılığa gələcəklər. Həmsədrlər bu istiqamətdə bacardıqları köməyi göstərməyə hazırdırlar”.

“Həmsədrlər hesab edirlər ki, Minsk Qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini etibar etdiyi yeganə formatdır. Azərbaycan və Ermənistan rəhbərlikləri də həmsədrlərin səylərini dəstəklədiklərini ictimai şəkildə bəyan ediblər, biz də sülhə nail olmaq istiqamətində tərəflərə yardım etməyə hazırıq”, - deyə açıqlamada bildirilir.

Açıqlamada o da qeyd olunur ki, həmsədrlər Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının münaqişənin həlli prosesinə təsir etməyəcəyi fikrindədirlər: “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır, hansısa müqavilə və ya alyansa qoşulmaqdan yox... Həmsədrlər ümid edir ki, son təmaslardan sonra, tərəflər özlərini sülhə kökləyə biləcəklər”.

Separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində 27 oktyabr tarixinə məhkəmə təyin etməsi xəbərinə isə həmsədrlər şərh vermək istəməyiblər.

Saytda Axtarış

Son xəbərlər