Dalga Televiziyasi ​Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4288
DünənDünən5185
Bu həftəBu həftə4288
Bu ayBu ay51977
Bu günə qədərBu günə qədər8413608

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


​Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

"Dalğa TV" Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, Türkiyə Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, Prezident İlham Əliyevə ali dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Saytda Axtarış

Son xəbərlər