Dalga Televiziyasi Saakaşvili və Ukrayna Daxili İşlər Naziri dalaşdı - VİDEO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2726
DünənDünən5185
Bu həftəBu həftə2726
Bu ayBu ay50415
Bu günə qədərBu günə qədər8412046

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Saakaşvili və Ukrayna Daxili İşlər Naziri dalaşdı - VİDEO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Saakaşvili və Ukrayna Daxili İşlər Naziri Prezidentin və Baş Nazirin iştirak etdiyi iclasda dalaşdı.

 

Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin onu əsəbiləşdirdiyini və onu buna görə "cəzalandırdığını" deyib.

Ukrayna mətbuatı yazır ki, Saakaşvili naziri "korrupsiyaya uğramış şəxs" adlandırıb, özünü isə "təmiz adam" kimi təqdim edib.

"Mən özümü Saakaşvilini vurmaqdan zorla saxladım, əvəzində isə stəkandakı suyu onun üzünə çırpdım" - deyə Avakov yazır.

Nazirin sözlərinə görə, o, bunu Saakaşvili açıq təhqirlərə keçəndən sonra etməyə məcbur olub.

Avakov daha sonra Saakaşvilinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Onu "ağlını itirmiş populist", "heç nəyə görə cavabdeh olmayan boşboğaz", "həyasız", "davakar əclaf" adalndırıb.

Xatırladaq ki, Saakaşvili hələ noyabr ayında Avakovu sərt tənqid edərək onu dövlət pullarını oğurlamaqda suçlamışdı.

"Dalğa TV" bu gün Ukranyada keçirilən hökümət nümayəndələrinin növbəti qalmaqallı iclasının video görüntülərini təqdim edir.

 

 

Saytda Axtarış

Son xəbərlər