Dalga Televiziyasi Kvirikaşvili: “1500-dən çox Ahıska türkü və 479 azərbaycanlı repatriasiya hüququndan yararlanıb”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3510
DünənDünən5185
Bu həftəBu həftə3510
Bu ayBu ay51199
Bu günə qədərBu günə qədər8412830

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kvirikaşvili: “1500-dən çox Ahıska türkü və 479 azərbaycanlı repatriasiya hüququndan yararlanıb”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ahıska türklərinin problemlərinə də toxunub.

"Dalğa TV"nin xəbərinə görə, baş nazir bildirib ki, Gürcüstan Ahıska türkləri ilə bağlı Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: "Biz Gürcüstan SSR-dən zorla sürgünə göndərilmiş şəxslərin repatriasiyası haqqında qanun qəbul etmişik və artıq 1500-dən çox məcburi köçkünə bu status şamil edilib. Bundan əlavə, 479 azərbaycanlı repatriasiya statusundan yararlanıb və Gürcüstan vətəndaşlığı ala biləcək. Bu, davam edən bir prosesdir. Gürcüstan hökuməti 2010-cu ildə repatriasiya edilmiş şəxslər üçün Gürcüstan vətəndaşlığının qəbul edilməsinə imkan verəcək prosesi asanlaşdırmağı nəzərdə tutan qanun qəbul edib və bizim repatriasiya üzrə xüsusi strategiyamız var, bu da bütün vətəndaşların bərabərliyi üzərində qurulub. 40-cı illərdə deportasiya edilmiş şəxslərə Gürcüstan vətəndaşlığının verilməsi məsələsi isə hazırda aidiyyəti olan orqanlar tərəfindən araşdırılır və hesab edirəm ki, yaxın zamanlarda bu haqda müsbət bir qərar qəbul olunacaq".

Saytda Axtarış

Son xəbərlər