Dalga Televiziyasi Gürcüstanın sabiq birinci xanımı deputat mandatından imtina edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün245
DünənDünən5185
Bu həftəBu həftə245
Bu ayBu ay47934
Bu günə qədərBu günə qədər8409565

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın sabiq birinci xanımı deputat mandatından imtina edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, “Vahid Milli Hərəkat” partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib. Xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-dan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, Sandra Rulofs parlamentə proporsional siyahı üzrə deputat seçilmişdi. O, siyahıda ikinci olub.

MSK S.Rulofsu deputat mandatından məhrum edə bilməz. Bu barədə qərar parlamentdə qəbul olunmalıdır. Bununla belə, MSK onun yerinə parlamentdə mandat əldə edə biləcək şəxsin – partiya siyahısında 28-ci olan namizəd, Kaxetinin sabiq qubernatoru Georgi Qviniaşvilinin adını parlamentə təqdim edəcək.

“Vahid Milli Hərəkat” partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı əldə edib.

Saytda Axtarış

Son xəbərlər