Dalga Televiziyasi Milli Məclisin üzvü Elman Məmmədov Gürcüstan parlamentində görüş keçirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün154
DünənDünən5185
Bu həftəBu həftə154
Bu ayBu ay47843
Bu günə qədərBu günə qədər8409474

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Milli Məclisin üzvü Elman Məmmədov Gürcüstan parlamentində görüş keçirib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Gürcüstanda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov bu ölkə parlamentinin Diaspor məsələləri və Qafqaz komitəsinin sədri Zviad Kvaçintaradze ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Koba Kobaladze, komitə üzvü Levan Qoqiçaişvili, parlamentin azərbaycanlı deputatları Savalan Mizəyev, Ruslan Hacıyev və Mahir Dərziyev iştirak ediblər.

Xocalı şəhər İcra Hakimiyyətinin sabiq başçısı E. Məmmədov Xocalı faciəsi haqqında Gürcüstan parlamentinin deputatlarına ətraflı məlumat verib. O, Xocalı soyqırımında Rusiyanın 366-cı alayının da iştirak etdiyini xatırladıb: “Qabaqda alayın hərbçiləri, arxada isə ermənilərin qüvvələri Xocalıya hücuma keçdilər. Biz əliyalın idik”.

Z. Kvaçintaradze Xocalı faciəsinin tarixdə qanlı ləkə olduğunu və bu hadisə zamanı 600-dən çox dinc sakinin öldürüldüyünü bildirib. O, əvvəllər Cənubi Qafqazda xalqların dostluq şəraitində yaşadığını vurğulayıb: “Əvvəllər biz dostluq şəraitində yaşayırdıq, lakin o zaman da bizim aramızda qarşıdurma yaratmaq istəyirdilər. Bu, əlbəttə, separatizm idi. Biz hazırda Abxaziya və Sxinvali bölgələrinin geri qaytarılması üçün mübarizə aparırıq”.

E. Məmmədov isə tarixdə alman, ingilis və fransız xalqları arasındakı müharibələri xatırladıb: “Bu müharibədə xalqların günahı yoxdur. Nə vaxtsa erməni xalqı da başa düşəcək ki, bu müharibədə onların liderlərinin günahı çoxdur”.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Koba Kobaladze indi Azərbaycanın məqsədyönlü siyasət apardığını bildirib: “Gürcüstanın Azərbaycanla tarixi bağlılığı var. Biz bütün istiqamətlərdə sülh istəyirik. Bizim babalarımız tarixən gürcü və azərbaycanlıların dostluğunu əziz tutublar və onu həmişə davam etdirməyə çalışıblar”.

K. Kobaladze Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

 

Saytda Axtarış

Son xəbərlər