Dalga Televiziyasi BQXK Azərbaycan hərbçilərinin nəşinin döyüş meydanından çıxarılması barədə məlumat yayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün650
DünənDünən5185
Bu həftəBu həftə650
Bu ayBu ay48339
Bu günə qədərBu günə qədər8409970

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


BQXK Azərbaycan hərbçilərinin nəşinin döyüş meydanından çıxarılması barədə məlumat yayıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Təmas xətti boyu baş vermiş hadisə zamanı həlak olmuş hərbçilərin meyitlərinin axtarışları və toplanması başa çatıb.

Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, əməliyyat fevralın 27-də tərəflərin istəyi və öz aralarında olan razılaşma əsasında gerçəkləşib.

Əməliyyat BQXK ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in xüsusi nümayəndəsi arasında əlaqəli şəkildə həyata keçirilib. 

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Onların nəşi döyüş meydanında qalmışdı.

Saytda Axtarış

Son xəbərlər