Dalga Televiziyasi Gürcüstanın maliyyə naziri: “Azərbaycan ilə Gürcüstanın birgə layihələri Avropanın inkişafında mühüm rol oynayacaq”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4314
DünənDünən5773
Bu həftəBu həftə41030
Bu ayBu ay46818
Bu günə qədərBu günə qədər8408449

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın maliyyə naziri: “Azərbaycan ilə Gürcüstanın birgə layihələri Avropanın inkişafında mühüm rol oynayacaq”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Tiflisdə “Gürcüstan iqtisadiyyatı: Perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq biznes-forum başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili açıb.

D. Kumsişvili forumun iqtisadiyyatın və özəl biznesin inkişafı ilə bağlı böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Forumda  “Paşa Bank”ın İdarə Heyətinin sədri Şahin Məmmədov, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Giorgi Çerkezişvili, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri Zurab Alavidze, Avropa Bankının Qafqaz, Moldova və Belarus üzrə Bərpa və İnkişaf direktoru Bruno Balvanera, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tempon çıxış edərək regionda iqtisadi perspektivlər və çağırışlardan bəhs ediblər.

Forumda  Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən 450 nəfərdən çox  iş adamları iştirak edir. D. Kumsişvili jurnalistlərə açıqlamasında Azərbaycanın Gürcüstanın ən əsas strateji tərəfdaş olduğunu bildirib: “Gürcüstan Azərbaycanla bu münasibətlərin inkişafında maraqlıdır. Bu gün Azərbaycan ilə Gürcüstan birgə olaraq regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində də işlər gedir. Bu layihələr Gürcüstan və Azərbaycanın, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq. Biz çalışırıq ki, bu layihələrə daha çox ölkələr cəlb edək və bu da bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq.”

“Paşa Bank”ın İdarə Heyətinin sədri Ş. Məmmədov jurnalistlərə açıqlamasında regional bank olaraq bu tədbirə dəstək verdiklərini nəzərə çatdırıb: “Bu cür tədbirlər Azərbaycan-Gürcüstan biznes və iqtisadi əlaqələrinin genişləndirilməsinə töhfə verir. Azərbaycan-Gürcüstan arasında ticarət əlaqələri, real biznes sektor getdikcə genişlənir. Azərbaycan Gürcüstanda ən böyük investisiya yatıran ölkədir”.

Saytda Axtarış

Son xəbərlər