Dalga Televiziyasi İlham Əliyev: Biz nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4271
DünənDünən5773
Bu həftəBu həftə40987
Bu ayBu ay46775
Bu günə qədərBu günə qədər8408406

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İlham Əliyev: Biz nümunə göstəririk ki, ölkəni necə idarə etmək lazımdır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir”.

Dalga tv-nin məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir: “Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Biz bu nümunəni göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.

Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahə üzrə strateji yol xəritələri tərtib olunub, dərc edilib. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var və biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik”.

Saytda Axtarış

Son xəbərlər