Dalga Televiziyasi Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3420
DünənDünən5773
Bu həftəBu həftə40136
Bu ayBu ay45924
Bu günə qədərBu günə qədər8407555

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Aİ xüsusi nümayəndəsinin Cənubi Osetiyaya səfəri Gürcüstanın narazılığına səbəb olub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini David Dondua Y. Hermandan Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Cənubi Osetiyaya səfəri ilə bağlı izahat verilməsini istəyib. Belə ki, H. Zalber işğal altında olan Cənubi Osetiyaya səfəri zamanı apreldə keçirilən qondarma  prezident seçkilərində qələbə qazanan Anatoli Bibilovu təbrik edib.

Qeyd edək ki, H. Zalber Gürcüstanın ərazi bütövlüyünə dair keçirilən Cenevrə danışıqlarında həmsədrlərdən biridir. O, 2014-cü ildə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Bundan əvvəl H. Zalber Almaniya Xarici İşlər Nazirliyində, Almaniyanın Serbiya, Avstriya və Rusiyadakı səfirliklərində çalışıb. O, ATƏT-nın Almatıdakı mərkəzinə və ATƏT-nın münaqişələrin qarşısının alınmasına dair mərkəzinə rəhbərlik edib. 

Saytda Axtarış

Son xəbərlər