Dalga Televiziyasi Azərbaycan və Türkiyə prezidentləri görüşdü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2139
DünənDünən6204
Bu həftəBu həftə8343
Bu ayBu ay14131
Bu günə qədərBu günə qədər8375762

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Türkiyə prezidentləri görüşdü

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Abdullah Gülün görüşü olub.

Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılıb. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib.

Prezidentlər Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

Son xəbərlər